İQTİSADİYYAT


Cenevrədə BMT-nin ticarət və inkişaf üzrə konfransının borcun idarə edilməsi üzrə toplantısı keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev Cenevrə şəhərində keçirilən BMT-nin ticarət və inkişaf üzrə konfransının (UNCTAD) borcun idarə edilməsi üzrə 11-ci toplantısında iştirak edib. Tədbirdə 98 ölkənin Ali Audit Qurumu və digər dövlət qurumlarından 269 nümayəndə, həmçinin BMT-nin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa İnvestisiya Bankının, ali təhsil müəssisələrinin və özəl təşkilatların nümayəndələri təmsil olunub.

Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, toplantıda "İnkişafın maliyyələşdiriməsi", "İnkişaf üçün borc", "Yoxsulluq üzrə maliyyə siyasəti", "Dövlətin şərti öhdəlikləri üzrə borc alətləri", "Maliyyə cavabdehliyi", "Nə vaxt borc dayanıqlı olur?", "Maliyyə İdarəetmə Sistemi (IFMIS) ilə dövlət borcunun idarəetməsinin inteqrasiyası", "Borcun qeydiyyatı və əməliyyat riskləri", "Borcun qeydiyyatı və əməliyyat riskləri: Beynəlxalq təşkilatların dəstəyi" mövzuları üzrə təqdimatlar olub və iştirakçıların sualları əsasında müzakirələr aparılıb.

Bununla yanaşı, bir sıra ölkələrin dövlət borcunun idarəolunması üzrə cavabdeh təşkilatları tərəfindən borcun idarə edilməsi və maliyyə təhlili sisteminin (DMFAS) istifadə olunması və DMFAS-ın üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verilib.

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi qərara alınıb, həmçinin borcun idarə edilməsi və maliyyə təhlili sisteminin digər ölkələr tərəfindən istifadə olunması tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.