İDMAN


Cenevrədə Dünya Avtomobil İdmanı Şurasının iclası keçirilib

Bakı, 9 mart, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Cenevrədəki mənzil-qərargahında federasiyanın prezidenti Jan Todt və idman direktoru Qrem Stokerin rəhbərliyi ilə Dünya Avtomobil İdmanı Şurasının iclası keçirilib.

AZƏRTAC “F1News.ru”ya istinadla xəbər verir ki, işçi qruplarının hazırladıqları bir neçə təklif Şura tərəfindən təsdiqlənib. Şura 2021-ci il mövsümü üçün Formula 1 reqlamentinin hazırlıqları çərçivəsində tender seriyalarının işə salınmasını xüsusilə bəyənib.

Bu il pilotların şlemlərinə videokameraların quraşdırılması ilə əlaqədar bütün seriyalara aid edilən yeni qaydalar qəbul olunub. Yürüşçülərin şlemi istehsalçı tərəfindən müəyyən edilən ilkin spesifikasiyaya tam müvafiq olmalıdır. Videokamera da daxil olmaqla, hər hansı aksesuardan istifadəyə yalnız FIA-nın icazəsi ilə yol verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.