CƏMİYYƏT


Cenevrədə IX Qlobal Bakı Forumunun nəticələri müzakirə edilib

Bakı, 28 iyun, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Cenevrədə IX Qlobal Bakı Forumunun nəticələrinin müzakirəsi aparılıb.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatiana Valovaya və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşlər keçirib.

Mərkəzin Baş katibi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən IX Qlobal Bakı Forumunun nəticələri və gələcək əməkdaşlıqlar, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümumdünya Səhiyyə Sammitində iştirakı, o cümlədən Mərkəzin ənənəvi keçirdiyi ali səviyyəli toplantının Cenevrədə təşkili məsələsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.