CƏMİYYƏT


Cenevrədə keçirilən Novruz şənliyindən toplanan vəsait xeyriyyə məqsədləri üçün istifadə ediləcək

Cenevrə, 22 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Cenevrədə yaşayan soydaşlarımızın təşəbbüsü və Azərbaycandakı “Nargis” fondu xeyriyyə təşkilatının dəstəyi ilə ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın daimi nümayəndəsi səfir Vaqif Sadıqov və tədbirin təşkilatçısı Fidan Mehdiyeva bayram təbriki ilə çıxış ediblər.

Tədbirin bədii hissəsində Cenevrədə yerləşən “Oiseau Bleu“ (Göy quş) adlı beynəlxalq məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında təhsil alan şagirdlər Azərbaycan şerlərini və mahnılarını ifa ediblər və milli rəqslərdən ibarət geniş proqramı tədbir iştirakçılarına təqdim ediblər.

Tədbirin sonunda şagirdlərin Novruz bayramına həsr edilmiş rəsmləri nümayiş etdirilib və onların satışından toplanmış vəsait xeyriyyə məqsədilə “Nargis” fonduna təqdim olunub. Qeyd edilməlidir ki, qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan “Nargis” fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə təsis edilib. Fondun əsas məqsədi xeyriyyə tədbirləri keçirməklə aztəminatlı ailələrə müalicə sahəsində yardım göstərməkdir.

Bayram tədbirinə Cenevrədə yaşayan azərbaycanlılarla yanaşı, əcnəbi qonaqlar da qatılıb. Tədbirin yüksək səviyyədə təşkil olunmasında və keçirilməsində Cenevrədəki Azərbaycan icmasının üzvləri Aliyə Əzimova və Mariya Xan Xoyskaya fəal iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.