MƏDƏNİYYƏT


“Cənnətdəki doğum günün mübarək, şəhidim” adlı videoçarx hazırlanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı şəhid Nurlan Abdullayevin doğum günü ilə əlaqədar “Cənnətdəki doğum günün mübarək, şəhidim” adlı videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şəhidin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb.

Nurlan Abdullayev 1992-ci il yanvarın 26-da Beyləqan rayonunda anadan olub. O, 1999-2010-cu illərdə Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 30-da Füzuli və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölkə başçısının müvafiq sərəncamlarına əsasən Nurlan Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.