İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” BP-nin ən iri layihəsidir
Aşqabad, 30 may, Laçın Sultanova, AZƏRTAC
“Cənub Qaz Dəhlizi” BP şirkətinin ən iri layihəsidir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu sözləri BP-nin “Cənub Qaz Dəhlizi” üzrə vitse-prezidenti Cozef Merfi Beynəlxalq Energetika Xartiyasının Aşqabadda “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” adlı forumunda bəyan edib. C.Merfi “Cənub qaz dəhlizi: transmilli qaz kəməri layihəsinin reallaşması” mövzusunda çıxışında layihənin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, Xəzər regionunu Avropa ilə birbaşa bağlayacaq bu layihəyə artıq 11 şirkət külli miqdarda investisiya yatırıb. O deyib: “Layihənin unikallığı bundadır ki, o, ilk dəfə Avropanı təbii qazla birbaşa təmin edəcək, onu münasib qiymətlə enerji ilə təchiz edəcək”.
Tikinti işlərinin sürətlə getməsi barədə məlumat verən BP nümayəndəsi deyib ki, inşaat işləri 6 ölkəni əhatə edən 3500 kilometr ərazidə aparılır, 30 mindən çox adam işlə təmin olunub.
C.Merfi TANAP layihəsinin reallaşması üzərində ətraflı dayanaraq bildirib ki, Dünya Bankı bu layihənin reallaşmasına 400 milyon dollar ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]