Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı işini plenar sessiya ilə davam etdirib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı işini plenar sessiya ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışdı, bu layihənin uğurla icra olunduğunu bildirdi. Cənub Qaz Dəhlizinin seqmentlərinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri olduğunu deyən Pərviz Şahbazov bütün seqmentlər üzrə işlərin cədvələ uyğun getdiyini söylədi, bu tədbirlərin həm də layihəni əhatə edən ölkələrdə sosial-iqtisadi inkişafa təkan verdiyini, yeni iş yerlərinin yaratdığını diqqətə çatdırdı. Vurğuladı ki, bu layihənin icrası Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentləri üzrə işlər tamamlanıb. TANAP layihəsinin bu il istifadəyə veriləcəyini deyən Berat Albayrak vurğuladı ki, ötən aydan boru kəmərinə sınaq məqsədilə təbii qaz vurulub. Türkiyəli nazir dedi ki, Aralıq dənizinin karbohidrogen resurslarının da gələcəkdə TANAP və TAP layihələri ilə Avropa bazarına çatdırılma imkanları mövcuddur.

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kunsişvili son illərdə Cənub Qaz Dəhlizinin reallaşdırılması sahəsində görülən işlərin əhəmiyyətini vurğuladı, bu layihə ilə bağlı ölkəsində həyata keçirilən tədbirlərdən bəhs etdi. O, Cənub Qaz Dəhlizinin Gürcüstanın inkişafında müstəsna rola malik olduğunu vurğuladı. Dmitri Kunsişvili layihənin icrası ilə bağlı tərəfdaş ölkələrin göstərdiyi səyləri yüksək qiymətləndirdi.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto enerji marşrutlarının şaxələndirilməsinin əhəmiyyətinə toxunaraq bu baxımdan Cənub Qaz Dəhlizinin və onun seqmentlərinin Avropa İttifaqı üçün önəmini vurğuladı. “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji enerji layihəsidir”, - deyən İvan Skalfarotto əsas seqmentlərdən biri olan TAP kəmərinin İtaliya və Balkan regionu üçün əhəmiyyətini vurğuladı. İtaliyalı nazir müavini ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinə güclü siyasi dəstəyini bir daha ifadə etdi.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnio bildirdi ki, Amerika Birləşmiş Ştatları hökuməti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsini hər zaman qəti şəkildə dəstəkləyib. Bu layihəni böyük nailiyyət adlandıran Birləşmiş Ştatların nümayəndəsi vurğuladı ki, Amerika bundan sonra da dəhliz boyunca bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla işləyəcək və Avropa Komissiyası ilə bu istiqamətdə işbirliyini davam etdirəcək.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyi və mənbələri şaxələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Bu sözləri isə Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolson dedi. Bildirdi ki, gələcəkdə interkonnektorların tikilməsi Azərbaycan qazının təkcə “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrə deyil, eyni zamanda, digər ölkələrə də çatdırılmasına imkan yaradacaq. Emma Nikolson Azərbaycanın Avropa qaz bazarında etibarlı təchizatçı olduğunu dedi, Birləşmiş Krallıqla Azərbaycan arasında, həmçinin BP ilə SOCAR arasında enerji əməkdaşlığından qürur duyduqlarını söylədi. “Digər Britaniya şirkətlərinin də Azərbaycanda işləməsində maraqlıyıq”, - deyən Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ölkəmizdə BP və tərəfdaşları üçün əlverişli imkanların yaradıldığını vurğuladı.

Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı layihə ilə bağlı hazırkı vəziyyəti və qarşıda duran məsələləri müzakirə etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Türkmənistan Prezidentinin müşaviri layihənin bütün seqmentləri üzrə irəliləyişlərin olduğunu da vurğuladı.

“Cənub Qaz Dəhlizi BP-nin ən nəhəng layihələrindən biridir. Xəzər qazını Avropaya çatdıracaq bu layihədə ölkələr arasında birgə əməkdaşlıq qurulub”, - deyən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğuladı ki, BP SOCAR-la birgə Xəzərdən Avropanın mərkəzinə uzanan bu meqalayihəyə sərmayə qoymaqdan qürur duyur. O vurğuladı ki, BP Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan 4 layihədən 2-sinin - “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin operatorudur və bu layihələr üzrə işlər cədvələ uyğun gedir. BP-nin 25 ildir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən Qəri Counz bu illər ərzində şirkətin Azərbaycan hökuməti, SOCAR və digər qurumlarla sıx əməkdaşlıq etdiyini söylədi. Qəri Counz BP-nin Azərbaycanda digər layihələri də həyata keçirməkdə maraqlı olduğunu bildirdi.

TANAP-ın baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının əhəmiyyətinə toxundu, tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını bildirdi. Rəhbərlik etdiyi layihə barədə məlumat verən Saltuk Düzyol vurğuladı ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biridir. O dedi ki, bu boru kəmərinin ötürücülük gücü gələcəkdə daha da artacaq. Saltuk Düzyol layihə çərçivəsində indiyədək görülən işlərdən danışdı. Bildirdi ki, kəmərin 1340 kilometrlik hissəsi artıq tamamlanıb və qaz Əskişəhərə çatdırılıb. Bu ilin iyulunda kommersiya məqsədilə ilk qazın Türkiyəyə verilməsi nəzərdə tutulur. Layihənin ilk fazası üzrə işlərin 99 faizi icra edilib, ikinci fazada isə 80 faiz irəliləyişə nail olunub. Boru kəmərinin dəniz hissəsində işlər tamamlanıb.

TAP-ın icraçı direktoru Luka Şipati Azərbaycan hökumətinin və tərəfdaşların TAP layihəsinin reallaşmasına göstərdikləri qətiyyətli dəstəyi xüsusi qeyd etdi. Cənub Qaz Dəhlizinin strateji əhəmiyyət daşıdığını deyən Luka Şipati TAP layihəsi üzrə işlərin artıq üçdə ikisinin tamamlandığını, boruların hamısının sahələrə çatdırıldığını və 82 faizinin qaynaqlandığını bildirdi. O, layihə üzrə işlərin digər fazaları barədə də geniş məlumat verdi. “TAP cədvələ uyğun icra edilir və təhlükəsizlik bu layihənin əsas prioritetidir”, - deyə icraçı direktor bildirdi.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç dedi:

-Bu, artıq dördüncü görüşümüzdür. Bu illər ərzində görülən işləri müzakirə etdik. Bu il də çox əlamətdar olacaq. Çünki ilk qaz Türkiyəyə çatdırılacaq. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaq. Ölkələrin nümayəndə heyətləri ilə birgə qarşıda duran vəzifələr barədə danışıqlar aparıldı. Azərbaycan bizim üçün strateji şaxələndirmədə, Avropaya qaz nəqlində vacib tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi:

-Çox əhəmiyyətli toplantıdır. Birgə səylər nəticəsində böyük irəliləyiş əldə olunub. İlk qazın nəql olunması üçün işlərin 99 faizi artıq tamamlanıb. Layihənin icrası zamanı təhlükəsizliyin təmin olunması, ətraf mühitin qorunması təqdirəlayiqdir.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak dedi:

-Çox önəmli, məşhur layihədən bəhs edirik. Bu layihənin reallaşması cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi, ortaya qoyduqları güclü siyasi iradə nəticəsində mümkün oldu. İyun ayında nəql olunacaq ilk qaz 2020-ci ildə Avropaya çatacaq və bununla da layihə yekunlaşmış olacaq.

Bolqarıstanın energetika naziri Temenuzhka Petkova bildirdi:

-Dövlətimiz və Avropa İttifaqı bu layihənin həyata keçirilməsini çox yüksək qiymətləndirir. Bu, təkcə Bolqarıstanın deyil, Avropanın enerji təhlükəsizliyinin təminatıdır. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu inkişafı Avropanın qazla təminatı deməkdir.

TANAP-ın baş direktoru Saltuk Düzyol dedi:

-Çox yaxşı bir nöqtədəyik. Boru xəttinin inşası tamamlanmış durumdadır. Sistemli qaz almağa başladıq. Hər şey rəvan gedir. Toplantının önəmi böyükdür, burada görüşüb perspektivləri müzakirə edirik. Avropa İttifaqı da bu layihənin icrasında böyük dəstək olur. Bu layihənin uğurlu olması üçün siyasi dəstək də önəmlidir. Dövlətlərin bu dəstəyini gördük.

TAP-ın prezidenti Volter Peeraer dedi:

-Burada olduğuma görə çox şadam. “Cənub Qaz Dəhlizi” layihəsi yalnız Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələri üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması üçün böyük səylər göstərilir. TAP da “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. Bu layihəyə boru kəmərinin əhatə etdiyi ölkələr böyük maraq göstərir.

TAP-ın icraçı direktoru Luka Şipati bildirdi:

-TAP strateji əhəmiyyətli bir layihədir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, karbohidrogen resurslarına olan tələbatı ödəyəcək. Dövlətlərin dəstəyi ilə 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql olunacaq. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu olması üçün çalışırıq. Bu toplantı da müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. Müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə birgə çox məhsuldar müzakirələr apardıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kukla Teatrı aprel repertuarını açıqlayıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir