DÜNYA
Cənub Qaz Dəhlizi layihəsində iştirak Gürcüstan üçün böyük məsuliyyətdir
Tbilisi, 3 dekabr, AZƏRTAC
Gürcüstan üçün Cənub Qaz Dəhlizi layihəsində iştirak böyük məsuliyyətdir. Gürcüstan bu layihədə iqtisadi və siyasi körpü rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş Nazirinin iqtisadi məsələlər üzrə müşaviri Beka Liluaşvili söyləyib.
Hökumət rəsmisi deyib ki, Gürcüstanın bu layihədə iştirakı yalnız coğrafi və infrastruktur baxımdan məhdudlaşmır. Ölkəmiz bu layihədə, həmçinin iqtisadi və siyasi körpü rolunu da oynayır. Cənub Qaz Dəhlizi layihəsi Gürcüstanın strateji tərəfdaşları olan Avropa İttifaqı və ABŞ-ın da maraqlarına uyğundur.
Onun sözlərinə görə, layihə Avropa İttifaqının enerji bazarının təhlükəsizliyinin artırılmasına yönəlib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]