Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd edilib

Astara, 30 mart, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım tədbirlərində faciə qurbanlarının xatirəsi dərin hüznlə yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə “31 mart 1918-ci il-tarixə yazılan qanlı faciə” sənədli filminə baxıblar.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin məsul işçisi Tural Eyvazov və Mərkəzin direktoru Kübra Səmədova erməni millətçilərinin 1918-ci ilin mart və aprel aylarında azərbaycanlılara qarşı törədikləri soyqırımından danışıblar.

Sonra Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımovanın “Tarix heç nəyi silmir” mövzusunda məruzəsi dinlənilib. O, 31 mart tarixinin ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, erməni terroru təkcə 1918-ci ilin mart soyqırımı ilə məhdudlaşmır. Ötən əsrin sonunda 1 milyonadək soydaşımız doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılaraq dağıdılıb, evlər vəhşicəsinə talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb və itkin düşüb.

Anım tədbirində çıxış edənlər erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarixboyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı soyqırımları törətdiklərini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçıları soyqırımı haqqında yazılan kitablara və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

X X X

Martın 30-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımı uşaqların gözü ilə” mövzusunda uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Mərkəzin fond müdiri Aygün İbrahimova sərgi ilə tanış olanlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən, doğma yurdlarından sürgün edilməsindən danışıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilib. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı Fərmana əsasən hər il 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Tədbir iştirakçıları Mərkəzdə fəaliyyət göstərən rəsm studiyası uşaqlarının soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

X X X

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfransda erməni separatçılarının azərbaycanlılara qarşı soyqırımı pislənilərək, dünyanın nüfuzlu ölkələrindən bu soyqırımının tanınması tələb olunub.

Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bildirib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəddir.

Tədbirdə Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Qumru Əhmədovun azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib.

Elmi-praktik konfransda çıxış edən Böyük Kolatan kənd tam orta məktəbin müəllimi Xanhüseyn Musayev, "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin tarix müəllimi İradə İmanbəyli erməni vandallarının ölkəmizin cənub bölgəsində törətdiyi vəhşiliklərdən danışaraq, azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə soydaşımızın qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırıblar.

X X X

Lerikdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, 1918-ci ilin mart qırğınlarına - ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Azərbaycan Prezidentinin və Heydər Əliyev Fondunun dünyanın aparıcı dövlətlərində xalqımızın başına gətirilmiş soyqırımı aktlarının tanıdılması istiqamətində gördüyü işlər öz bəhrəsini verməkdədir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Mərasimdə çıxış edənlər uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını pisləyərək, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir sıra dünya dövlətlərinin parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırıblar.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Cəlilabadda da dərin hüznlə qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə azərbaycanlıların soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Anım tədbirində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1918-ci ilin mart soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.

Tədbir iştirakçıları “31 Mart 1918-ci il Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda ədəbi-bədii kompozisiyaya da baxıblar.

X X X

Yardımlıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yardımlı şəhərində azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, 1918-ci ilin mart qırğınlarına, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət verilib. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Çıxış edənlər “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, soyqırımı siyasətini pisləyərək, dünyanın nüfuzlu ölkələrindən, beynəlxalq təşkilatlardan xalqımıza qarşı törədilmiş soyqırımının tanınmasını tələb ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq