Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində “Bayraq yürüşü”ndə minlərlə sakin iştirak edib

Lənkəran, 9 noyabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq yürüşü”ndə minlərlə sakin iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki Park-Bulvar Kompleksinin girişindən “Bayraq yürüşü”nə başlayan yüzlərlə rayon sakini Dövlət Bayrağının ucaldıldığı meydanda yürüşü başa çatdırıblar.

Meydanda keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı dövlətimizin suverenliyinin rəmzidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olan bu bayraq 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının təməli qoyulub, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olub. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraqdır.

Bu gün Azərbaycan bayrağının dünyanın mötəbər beynəlxalq təşkilatlarının iqamətgahlarında əzəmətlə dalğalanması müstəqil dövlətimizin böyük tarixi nailiyyətidir. Hər bir Azərbaycan vətəndaşı bununla qürur duyur, iftixar hissi keçirir.

Astara rayonunda əzəmətli dövlət bayrağının ucaldıldığı Bayraq Meydanının açılışında Prezident İlham Əliyevin iştirak etdiyini vurğulayan M.Hacıyev bunun əlamətdar hadisə kimi heç vaxt unudulmayacağını və astaralıların bununla qürur duyduğunu bildirib.

Ümumrayon tədbiri konsert proqramı ilə davam edib.

* * *

Lənkəran Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları Heydər Əliyev prospektinə toplaşmışdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün münasibətilə rayon sakinlərinə təbriklərini çatdırıb.

Azərbaycanın dövlət bayrağının yaranma tarixi və rəmzi mənası, dövlət atributu kimi bayrağın cəmiyyət həyatındakı rolu barədə danışan T.Qaraşov hər bir vətəndaşı dövlət bayrağına təzim etməyə, onu bütün varlığı ilə sevməyə və ona sədaqət göstərməyə çağırıb.

Sonra minlərlə rayon sakini üçrəngli bayraqlarla Heydər Əliyev prospekti ilə şəhərin Bayraq meydanınadək yürüş ediblər.

Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır!”, “Yaşasın müstəqil və azad Azərbaycan!” şüarları səsləndiriblər.

* * *

Lerik Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü” şəhərin Dövlət Bayrağı Meydanında başlayıb və Heydər Əliyev Meydanında şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş iştirakçıları Bayraq Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar.

Burada keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, Azərbaycanın dövlətçilik rəmzlərindən biri Dövlət bayrağıdır. Azərbaycanın üçrəngli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə, himnimizə ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerikdə qısa müddət ərzində Bayraq Muzeyinin inşa edildiyini və Prezident İlham Əliyevin oktyabrın 15-də rayona növbəti səfəri zamanı onun xeyir-duası ilə istifadəyə verildiyini diqqətə çatdırıb.

Tədbir Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin və şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Dövlət bayrağına həsr olunmuş bədii kompozisiya ilə davam edib.

* * *

Masallıda Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbirində çıxış edən icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan bayrağının millətimizin və dövlətimizin simvolu olduğunu, bu il Azərbaycanın Dövlət bayrağının, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu vurğulayan R.Hüseynov bu dövrün bizim üçün çox şərəfli dövr olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də, üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, “ASAN xidmət” mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun baş məsləhətçisi Orxan Dadaşov, Aprel döyüşçüsü Əziz Cankişizadə və başqaları çıxışlarında qeyd ediblər ki, Aprel döyüşlərində əsgərlərimiz şəhid olsalar da, onların hədəfləri işğal altındakı ərazilərimizdə üçrəngli bayrağı qaldırmaq olub.

Tədbir Masallı Dövlət Regional Kollektivinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi, rayonun özfəaliyyət kollektivlərinin çıxışları ilə başa çatıb.

* * *

Dövlət Bayrağı Günü münasibətilə Cəlilabadda veloyürüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahının qarşısından start götürən veloyürüşün iştirakçıları şəhərin Heydər Əliyev prospektindən keçərək “Finiş” nöqtəsinə - Bayraq Meydanına çatıblar.

Veloyürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF), Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndələri, həmçinin velosiped sürmək həvəskarı olan rayon sakinləri iştirak ediblər.

Yürüşün təşkilində fəal iştirakına görə AVİF-in baş katibi Fərhad Əliyevə və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanova rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.

Veloyürüşdən sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib.

Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bir dəfə yüksələn bayraq bir daha enməyəcək!

Bayram tədbiri “Mənim ulu bayrağım” adlı bədii-kompozisiya, musiqi və rəqs kollektivlərinin konsert proqramı ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi