Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində İkinci Dünya müharibəsində Qələbənin 72-ci ildönümü təntənə ilə qeyd olunub

Lənkəran, 9 may, AZƏRTAC

Mayın 9-da ölkəmizin cənub bölgəsində İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 72-ci ildönümü təntənə ilə qeyd olunub.

Lənkəran şəhərində İkinci Dünya müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə-kompleksinin önündə keçirilən mərasimdə rayon rəhbərliyi, müharibə və əmək veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları abidə-kompleksin önünə əklillər və gül dəstələri düzərək Böyük Vətən müharibəsində həlak olan lənkəranlıların xatirəsini ehtiramla yad ediblər.

Mərasim Gənclər Mərkəzində bayram süfrəsi arxasında davam edib.

Bayram sevincini veteranlarla bölüşən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə onlara göstərilən yüksək dövlət qayğısından danışıb, müharibə veteranlarına ən xoş arzularını çatdırıb.

Qeyd olunub ki, bəşəriyyətə böyük fəlakətlər gətirən İkinci Dünya müharibəsi zamanı digər millətlərlə çiyin-çiyinə minlərlə azərbaycanlı da iştirak edib, onlardan bir qismi həlak olub, digər qismi isə Qələbədən sonra Vətənə qayıdaraq tikinti-quruculuq işərində çalışıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı artırılıb, onların sosial-məişət problemlərinin həlli ilə əlaqədar bir sıra layihələr icra olunub.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.

Taleh Qaraşov çıxışında işğal altında olan torpaqlarımızın dövlətimizin başçısının rəhbərliyi ilə yaxın zamanlarda azad olunacağına və Qələbə bayramının Şuşada, Xankəndidə, digər tarixi məkanlarımızda qeyd ediləcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bayram tədbiri rayonun bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.

X X X

9 May - Qələbə Günü münasibətilə Cəlilabad şəhərindəki “Ana” abidəsi önündə keçirilən tədbirdə İkinci Dünya müharibəsində həlak olan cəlilabadlı döyüşçülərin xatirəsi ehtiramla yad edilib. Mərasim iştirakçıları abidə önünə gül dəstələri düzüblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Böyük Vətən müharibəsinin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən müharibə veteranları keçdikləri şərəfli ömür yolundan danışıblar. Veteranlar Qələbə Gününün tezliklə Qarabağda qeyd edəcəklərinə əminliklərini bildiriblər.

Sonda müharibə veteranlarına hədiyyələr təqdim edilib.

X X X

Masallı şəhərindəki “Qəhrəmanlar Parkı”nda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72 illiyi münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyi, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları İkinci Dünya müharibəsində həlak olmuş masallılıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev və başqaları 72 il əvvəl alman faşizmi üzərində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən danışaraq ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müharibə veteranları bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.

X X X

Lerikdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 72-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Lerik şəhərində Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək müharibədə həyatını itirmiş insanların xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov əlamətdar gün münasibətilə müharibə veteranlarını təbrik edib. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının əvəzsiz rolu, azərbaycanlıların döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə danışıb.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində Lerik rayonundan cəbhəyə yola salınan 6500 nəfərdən 1584 nəfərin həlak olub, 3314 nəfər yaralanıb.

Bildirilib ki, Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May - Qələbə Günü dövlət bayramı səviyyəsində qeyd edilir. Qələbə Günü münasibətilə hər il dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir.

Konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, mayor Fəxrəddin Mirzəliyev, Qarabağ müharibəsi əlili Veysəl Məlikov, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov, əmək veteranlarından Həmzə Vəliməmmədov, Musa Bədəlov çıxış edərək faşizm üzərində qazanılmış Qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildiriblər.

Çıxış edənlər Qələbə Gününün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd ediləcəyinə əminliklərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO