Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində də faşizm üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olunub

Astara, 9 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 9-da ölkəmizin cənub bölgəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada keçirilən bayram tədbirində rayonun rəhbər işçiləri, Milli Məclisin deputatı Rəşad Mahmudov, İkinci Dünya müharibəsinin iştirakçıları, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhərin “Qəhrəmanlar bağı”nda Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Koverinin, üç “Şöhrət” ordenlilər Ağahəsən Nəhmətov və Rəhmət Hətəmovun, Milli Qəhrəman Yalçın Nəsirovun və Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın büstləri önünə əklillər və gül dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları, həmçinin “Şəhidlər” abidə-kompleksini ziyarət edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anıblar. Burada şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə qeyd olunub ki, İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində azərbaycanlı döyüşçülər, o cümlədən astaralılar da qəhrəmalıqlar göstəriblər.

Bildirilib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak edib, onlardan bir qismi müharibədə həlak olub, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq quruculuq işlərində çalışıblar.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı artırılıb, onların məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev hər il Böyük Vətən müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır, onları daim diqqətdə saxlayır.

Bildirilib ki, Azərbaycan dövlətinin siyasi sabitlik, inkişaf və tərəqqi yolunda inamlı addımları, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer alması, mütərəqqi dövlətlərin tərəfdaşına çevrilməsi bizi hədsiz qürurlandırır. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu Aprel zəfərini təkrarlamaqla işğal altındakı bütün torpaqlarımızın azadlığına nail olacaq və xalqımız Qələbə bayramını Şuşada, Xankəndində və digər tarixi torpaqlarımızda qeyd edəcək.

Rayonun müharibə iştirakçıları və veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İkinci Dünya müharibəsində 5 min 612 nəfər astaralı döyüşçü iştirak edib. Onlardan 1064 nəfəri müharibədə vəfat edib, 827 nəfəri isə itkin düşüb.

X X X

Lənkəran şəhərində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinin önündə keçirilən mərasimdə rayonun rəhbər işçiləri, müharibə və əmək veteranları, arxa cəbhənin iştirakçıları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları “Naməlum əsgər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzərək Böyük Vətən müharibəsində həlak olan lənkəranlıların xatirəsini ehtiramla yad ediblər.

Mərasim iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib. Tədbir iştirakçıları cəsur həmyerlimizin əzəmətli abidəsi önünə gül dəstələri düzüblər.

Həmin gün əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müharibə veteranları, arxa cəbhə iştirakçıları iştirak ediblər.

Həmçinin Qələbə Günü münasibətilə müharibə veteranları, arxa cəbhə iştirakçıları üçün bayram süfrəsi açılıb.

Tədbirdə çıxış edənlər müharibə veteranlarını və arxa cəbhənin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Rayonun müharibə veteranları və arxa cəbhə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

X X X

Qələbə Günü münasibətilə Cəlilabad şəhərindəki “Xatirə Parkı”ndakı “Ana” abidəsi önündə keçirilən tədbirdə İkinci Dünya müharibəsində həlak olan cəlilabadlı döyüşçülərin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edənlər Böyük Vətən müharibəsinin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolu olub. Həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə böyük qərəmanlıqlar göstəriblər.

Tədbirdə çıxış edən müharibə veteranları keçdikləri şərəfli ömür yolundan danışaraq ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirib, gənc nəslə məsləhət və tövsiyələrini çatdırıblar. Onlar Qələbə Gününün ən qısa zamanda Qarabağda qeyd edəcəklərinə əminliklərini ifadə ediblər.

Mərasimdə müharibə veteranlarına hədiyyələr verilib, onlar üçün bayram süfrəsi açılıb.

X X X

Masallı şəhərindəki “Qəhrəmanlar Parkı”nda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə keçirilən tədbirdə rayonun rəhbər işçiləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları İkinci Dünya müharibəsində həlak olmuş masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər 74 il əvvəl alman faşizmi üzərində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən danışaraq ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müharibə veteranları bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.

X X X

Lerikdə də İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Lerik şəhərində Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək müharibədə həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Toplantıda İkinci Dünya və Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirində çıxış edənlər əlamətdar gün münasibətilə müharibə veteranlarını təbrik edib, bu Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolu, azərbaycanlıların döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə danışıblar.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində Lerik rayonundan cəbhəyə yola salınan 6500 nəfərdən 1584 nəfəri həlak olub, 3314 nəfər yaralanıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 9 May-Qələbə Günü dövlət bayramı səviyyəsində qeyd edilir, hər il Qələbə Günü münasibətilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir.

Çıxış edənlər Qələbə Gününün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd ediləcəyinə əminliklərini ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz