REGİONLAR


Cənub bölgəsində pandemiyadan zərər çəkmiş ailələr arasında aqroturizm təşviq edilir

Lənkəran, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən ölkəmizin cənub bölgəsində “COVID-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizmin təşviqi” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd pandemiyadan zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizm sahəsində maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində Lənkəran, Astara və Lerik rayonlarında pandemiyadan zərər çəkmiş 6 ailə ilə aqroturizmin inkişaf etdirilməsi, o cümlədən xüsusi karantin rejiminin tələblərinə, gigiyenik və epidemioloji qaydalara əməl etməklə fərdi şəkildə məsləhət xidməti təşkil edilib.

Layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və aqroturizmin faydaları ilə bağlı məlumatları diqqətə çatdırıb.

Ekspert Rafət Şirəliyev aqroturizm barədə müəyyən edilmiş ailələrə fərdi qaydada ətraflı məlumatlar verməklə yanaşı, dünya təcrübəsindən misal gətirib və bu istiqamətdə sahibkarlıq mövzusunda məsləhət və tövsiyələrini verib, müzakirələr aparıb.

Aqroturizmin geniş yayılması üçün ailələrdən beşi arıçılıq təsərrüfatının, bir ailə isə kənd yerlərində istirahətə gələn turistlər üçün toxunma suvenir məhsullarının istehsalına maraq göstərdiklərini bildiriblər. Bu ailələr yuxarıda adları qeyd olunan rayonların aqroturizm üçün geniş imkanlara malik olan kəndlərindən onların müraciətləri əsasında əvvəlcədən müəyyən edilib.

Növbəti mərhələdə layihə çərçivəsində aqroturizmin stimullaşdırılması məqsədilə həmin ailələrə onların tələb və istəklərinə uyğun müxtəlif kənd təsərrüfatı resursları və toxuculuq ləvazimatları təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.