REGİONLAR
Cənub bölgəsində qarın hündürlüyü 45-50 santimetr təşkil edir VİDEO
Astara, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsində dağlıq ərazidə yerləşən Lerik və Yardımlı rayonlarına yağan qarın hündürlüyü şəhərdə 30-35, ucqar ərazilərdə isə 45-50 santimetr təşkil edir.
AZƏRTAC xəbər verir ki, fevralın 12-si gecə saatlarından yağmağa başlayan qar Lənkəran-Lerik və Masallı-Yardımlı yolunda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratmayıb. Əhalinin elektrik enerjisi və təbii qazla təminatında da hər hansı bir problem yoxdur.
Lənkəran, Masallı, Astara rayonlarının mərkəzində qarın hündürlüyü 10-15, dağətəyi və dağlıq ərazilərdə isə 30-35 santimetrdir.
Hazırda cənub bölgəsində yağıntılı hava şəraiti davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]