CƏMİYYƏT


Cənub bölgəsinə yola düşən tur-aksiya iştirakçıları arasında Nizami rayonundan olan şagirdlər də var

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Nizami rayonundan olan 40 şagirdin Lənkəran-Masallı-Astara bölgəsinə yola salınması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl iştirakçılar rayon icra hakimiyyəti binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını deyib. O, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, Tarix-Diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət edəcəklərini, bunun onların dünyagörüşlərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən 250 nömrəli tam orta məktəbin şagirdi Fəridə Bayramlı bu səfərlər sayəsində ölkəmizin bölgələri haqqında zəngin biliklər əldə edəcəklərini, yeni dostlar qazanacaqlarını söyləyib.

Tədbirdə 17 nömrəli uşaq poliklinikasının həkimi Həmidə Əliəvsərova əvvəl iştirak etdiyi tur-aksiyalar haqqında xoş təəssüratlarını bölüşüb.

Mərasim Nizami Rayon Mədəniyyət Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı ilə davam edib.

Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.