DÜNYA


Cənubi Afrika Respublikasında kilsəyə hücum zamanı beş nəfər həlak olub

Bakı, 11 iyul, AZƏRTAC

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindən qərbdə silahlı şəxslərin kilsəyə hücumu nəticəsində azı beş nəfər həlak olub və insanlar girov götürülüb.

AZƏRTAC eNCA telekanalına istinadla xəbər verir ki, polisin məlumatına əsasən, insident Zuurbekom şəhərində yerləşən beynəlxalq əllilər kilsəsində baş verib. Kilsədə insanları girov götürən silahlıların atəş açması nəticəsində beş nəfərin öldüyü təsdiqlənib.

Hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən 30 nəfəri saxlayıb və 25-dən çox odlu silahı müsadirə edib. Eyni zamanda, girov götürülənlərin azad edilməsi üçün hücum edən şəxslərlə danışıqlar aparıldığı bildirilir.

Girovların sayı barədə dəqiq məlumat verilməsə də, kilsənin nümayəndəsi Abiel Vessi hücum zamanı binada 200-ə yaxın insanın olduğunu deyib..

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.