DÜNYA


Cənubi Afrika Respublikasında şəkərli içkilərə vergi tətbiq ediləcək

Bakı, 30 mart, AZƏRTAC 

Cənubi Afrika Respublikasının (CAR) Milli Xəzinədarlıq İdarəsi şirinləşdirilmiş içkilər üçün 2019-cu ilin yeniləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan vergi ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, açıqlamaya görə, tərkibində hər 100 millilitr hesabına 4 qramdan çox şəkər olan içkilərə vergi tətbiq olunacaq. Bu vergi ölkənin özündə istehsal edilməsindən və ya kənardan idxal edilməsindən asılı olmayaraq, tərkibində göstərilən həddən yuxarı şəkər olan bütün içkilərə tətbiq ediləcək.

Bu addım ölkədə şirin içkilərin istehlakına ciddi şəkildə təsir göstərmək məqsədi daşıyır. Belə ki, bütün dünyada bu cür fiskal tədbirlər piyləmə epidemiyası ilə mübarizəyə kömək üçün əlavə təsirli alət kimi qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.