DÜNYA


Cənubi Afrikada şaxtada partlayış baş verib

Əddis-Əbəbə, 7 fevral, AZƏRTAC

Cənubi Afrikada şaxtada metan qazının partlaması nəticəsində 20-dən çox insan dağıntılar altında qalıb.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, Lesotodan olan 42 nəfərlik qrup avadanlığı oğurlamaq məqsədilə şaxtaya daxil olan zaman metan qazı sisterni partlayıb.

Qeyd olunur ki, partlayışdan sonra əvvəlcə 20 nəfər şaxtadan çıxıb və daha 2 nəfəri özləri ilə çıxarıb, sonradan isə bir neçə nəfər digərlərinə yardım etmək üçün yenidən şaxtaya daxil olub və geri qayıtmayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.