DÜNYA


Cənubi Kaliforniyada sürüşmə və daşqın riski ilə əlaqədar təxliyə elan edilib

Vaşinqton, 16 yanvar, AZƏRTAC

Hava şəraiti Kaliforniya ştatında həyatı iflic etməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Los-Anceles, Santa-Barbara və Riverdeyldə məcburi təxliyə elan edilib. Son günlər Cənubi Kaliforniyanın payına daşqın və sürüşmələrlə nəticələnə biləcək güclü qasırğalar düşüb. Yanğınlardan sonra daşqın ehtimalı artıb. Çünki yanmış məişət tullantıları təpələrin yamacında yığılıb qalaraq torpağa yağıntını hopdurmağa imkan vermir. Kəskin külək və yağıntı ilə müşayiət olunan fırtınalar hələ ötən həftə başlayıb, bazar ertəsi isə Cənubi Kaliforniyaya sulu qar yağıb. Üçüncü, sürətlə artan fırtına başlayıb. Əvvəlki qasırğalardan daha güclü və rütubətli olacaq dördüncü qasırğanın Cənubi Kaliforniyada çərşənbə günündən cümə axşamına keçən gecə baş verəcəyi gözlənilir. Milli Meteorologiya Xidməti əlverişsiz hava şəraiti başa çatanadək Los-Ancelesə 15 santimetrədək yağıntının düşəcəyini proqnozlaşdırıb.

Təxliyə yanvarın 15-də səhər saat 8.00-da ötən ilin noyabr ayında “Vulsi” dağıdıcı yanğınından Los-Ancelesin daha çox əziyyət çəkən hissəsində başlayıb. Bu hissəyə Malibu Vest, Trankas-Kanyon, Malibu gölü, Korral-Kanyon və El-Nido rayonları daxildir. Səhər 10-da Santa-Barbara sakinlərinin təxliyəsi başlanıb. Buraya isə “Şerp”, “Uitter” və “Tomas” yanğınları olan rayonlar aiddir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.