DÜNYA
Cənubi Karolinada edam cəzası güllələnmə yolu ilə icra edilə bilər
Bakı, 8 may, AZƏRTAC
ABŞ-ın Cənubi Karolina ştatının Nümayəndələr Palatası ölümcül inyeksiya üçün preparatlar olmadıqda edam cəzasının güllələnmə yolu ilə icra olunmasına icazə verən qanun layihəsini qəbul edib.
AZƏRTAC BBC telekompaniyasına istinadla xəbər verir ki, sənəd Senatda müzakirələrdən sonra imzalanması üçün qubernator Henri Makmasterə göndəriləcək. Beləliklə, Cənubi Karolina ən yüksək cəza növünün güllələnmə yolu ilə icrasına icazə verilən ABŞ-ın dördüncü ştatı ola bilər.
Qeyd edək ki, Cənubi Karolinada 2011-ci ildən bəri edam cəzası icra olunmur. Hazırda ştatda 37 məhkum ölüm hökmünün həyata keçirilməsini gözləyir. Qanun layihəsinin müəllifləri sənədin inyeksiya üçün dərman preparatlarının tədarükü ilə bağlı problemlər fonunda ölüm hökmünün icrasına başlamağa imkan verəcəyinə ümid edirlər. Əczaçılıq kompaniyaları istehsal etdikləri preparatların bu məqsədlər üçün istifadə olunmasını istəmədikləri üçün onları almaq getdikcə çətinləşir. Ştatda ölüm cəzasına məhkum edilən şəxslər edam hökmünün inyeksiya və ya elektrik stolu vasitəsilə icra olunmasını seçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]