DÜNYA


Cənubi Koreya Ali Məhkəməsinin sabiq sədrinin işi üzrə məhkəmə iclası keçiriləcək

Bakı, 11 may, AZƏRTAC

Cənubi Koreya Ali Məhkəməsinin sabiq sədri Yanq Sunq-tenin işi üzrə ilk məhkəmə iclası mayın 29-da keçiriləcək.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, səlahiyyətlərindən sui-istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək yanvarda həbs olunan sabiq sədr haqqında aparılan cinayət işi yekunlaşdırılaraq məhkəməyə təqdim olunub. Yanq Sunq-te Cənubi Koreya haqqında cinayət işi başlanılan və məhkəməyə çıxarılan ilk Ali Məhkəmə sədridir. O, özü bütün ittihamları rədd edir.

Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib. Uzun illər məhkəmə-hüquq sistemində çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.