DÜNYA


Cənubi Koreya Ali Məhkəməsinin sədrinin avtomobilinə “Molotov kokteyli” atılıb

Bakı, 27 noyabr, AZƏRTAC

Cənubi Koreya Ali Məhkəməsinin sədri Kim Myonq-sunun xidməti avtomobilinə “Molotov kokteyli” atılıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə noyabrın 27-də yerli vaxtla səhər 9:10-da Ali Məhkəmənin binasının giriş qapısında baş verib. Bildirilir ki, “Molotov kokteyli”nin partlaması nəticəsində avtomobilin ön təkərlərindən biri alışıb. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi ilə yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb.

Hadisəni törədən 74 yaşlı Nam adlı şəxs saxlanılıb. Onun Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirdiyi bildirilir. Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.