DÜNYA


Cənubi Koreya, Yaponiya və ABŞ xarici siyasət idarələri rəhbərləri KXDR məsələsini müzakirə edəcəklər

Bakı, 3 iyul, AZƏRTAC

Cənubi Koreya, Yaponiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri xanım Kan Kyun-hva, Taro Kono və Mayk Pompeo bu həftə Yaponiyada görüşərək, Şimali Koreya mövzusunu müzakirə edəcəklər.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo iyulun 5-də Pxenyana səfəri çərçivəsində Koreya Xalq Demokratik Respublikası ilə nüvə silahının ləğvi üzrə əldə olunan razılaşmanın icrasına dair müzakirələr aparacaq. Bundan sonra Yaponiyaya səfər edəcək Mayk Pompeo Cənubi koreyalı və yaponiyalı həmkarları ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Mayk Pompeonun bu səfəri ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın Sinqapur görüşündən sonra Birləşmiş Ştatların yüksəkvəzifəli rəsmisinin Pxenyana ilk səfəridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.