DÜNYA


Cənubi Koreya hakimiyyəti Kim Çen Inın Seula səfərinə hazırlıq görür

Bakı, 22 yanvar, AZƏRTAC

Cənubi Koreyanın hakimiyyət orqanları KXDR lideri Kim Çen Inın Seula səfərinə hazırlıq görməyə başlayıb. Görüş mart ayının sonlarında baş tuta bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Prezident Mun Ce-in administrasiyası Birləşmə Nazirliyi və Xarici İşlər Nazirliyi də daxil olmaqla, müvafiq qurumlara Kim Çen Inın Cənubi Koreyanın paytaxtına səfərinə hazır olmağı tapşırıb.

Bundan əvvəl fevral ayının sonlarında isə ABŞ və KXDR liderlərinin sammiti keçirilməlidir. Sammitin keçiriləcəyi yer tam dəqiqləşməsə də, onun çox böyük ehtimalla Vyetnamda baş tutacağı bildirilir.

Donald Tramp və Kim Çen In arasında ilk görüş isə 2018-ci il iyunun 12-də Sinqapurda keçirilmişdi. Görüşün nəticələrinə əsasən Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, ABŞ isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti verməyi öhdəsinə götürmüşdü.

2018-ci ildə, həmçinin KXDR və Cənubi Koreya liderlərinin üç sammiti keçirilib. Onların axırıncı görüşü sentyabrda Pxenyanda olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.