DÜNYA


Cənubi Koreya ictimai nəqliyyatda məcburi maska rejimini ləğv edir

Cənubi Koreya ictimai nəqliyyatda məcburi maska rejimini ləğv edir

Bakı, 15 mart, AZƏRTAC

Cənubi Koreyanın daxili işlər nazirinin müavini Xan Çan Sop hökumətin COVID-19 infeksiyasına reaksiya ilə bağlı iclasında nəqliyyatda məcburi maska rejiminin martın 20-də ləğv ediləcəyini bildirib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Xan Çan Sopun sözlərinə görə, maska rejiminin korrektə olunduğu yanvarın 30-dan bəri ölkədə epidemioloji vəziyyət sabitləşib, orta sutkalıq yoluxma hallarında 38 faiz, xəstəliyi ağır keçirən pasiyentlərin sayında isə 55 faiz azalma qeydə alınıb.

Nazir müavini, eyni zamanda, ictimai nəqliyyatdan pik saatlarında istifadə edənlərin, yüksək risk qrupuna daxil olanların və xəstəliyin simptomları müşahidə olunan şəxslərin maskadan aktiv istifadəsini tövsiyə edib.

Beləliklə, bundan sonra yalnız tibb müəssisələrində və apteklərdə məcburi maska taxmaq tələb olunacaq.

Seul, həmçinin yanvarın 20-dən etibarən Cənubi Koreya və Çin arasında gəmilər vasitəsilə 2020-ci ilin yanvarında dayandırılan sərnişin daşımalarını da tədricən bərpa edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ərzində Cənubi Koreyada COVID-19 infeksiyasına 30 milyondan çox yoluxma və 34 min 131 ölüm faktı təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.