DÜNYA


Cənubi Koreya ikinci Kim-Tramp görüşünün konkret nəticələr verəcəyinə ümid edir

Bakı, 8 fevral, AZƏRTAC

Cənubi Koreya fevralın 27-28-də Vyetnamda keçirilməsi nəzərdə tutulan ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin ikinci görüşünün konkret nəticələr verəcəyinə ümid edir.

AZƏRTAC Cənubi Koreyanın Birləşmə Nazirliyinə istinadla xəbər verir ki, rəsmi Seul görüşün həm KXDR-in nüvə-raket proqramının ləğvinə, həm də iki Koreya arasında mübadilənin dərinləşməsinə töhfələr verəcəyinə inanır. Cənubi Koreya tərəfi KXDR ilə əməkdaşlığın dərinləşməsi üçün hər cür səylərə hazır olduğunu bir daha bəyan edib.

Cənubi Koreyanın birləşmə naziri Ço Myun-qyon iki Koreya arasında münasibətlərin ABŞ-KXDR əlaqələri ilə sıx bağlı olduğunu vurğulayaraq, ölkəsinin həm şimal qonşusu, həm də Birləşmiş Ştatlarla mövcud olan əməkdaşlığı və əlaqələndirməni davam etdirəcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.