DÜNYA


Cənubi Koreya ilə Şimali Koreya arasında 10 ildə ilk dəfə hərbi danışıqlar aparılır

Bakı, 14 iyun, AZƏRTAC

Cənubi Koreya və Şimali Koreya 10 ildə ilk dəfə generallar səviyyəsində hərbi danışıqlara başlayıblar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Danışıqlarda hər iki ölkə arasında hərbi gərginliyin azaldılması, həmçinin müdafiə nazirləri səviyyəsində görüşə hazırlıq məsələlərinin müzakirə olunması planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Hərbi nümayəndələrin görüşü Seuldan 60 kilometr məsafədə yerləşən Phanmuncom sərhəd məntəqəsinin şimalındakı “Thonilqak” pavilyonunda keçirilir. Cənubi Koreyanın nümayəndə heyətinə Müdafiə Nazirliyində iki ölkə arasındakı əlaqələrə nəzarət edən general-mayor Kim Do Qün başçılıq edir.

Bir qədər əvvəl məlumat verilmişdi ki, 2007-ci ildən bu yana ilk dəfə baş tutan danışıqların gedişində nəqliyyat əlaqəsi xətlərinin tam bərpa olunması, müntəzəm dialoqun keçirilməsi, həmçinin hər iki ölkənin hərbi komandanlığı arasında “qaynar” əlaqə xəttinin yaradılması kimi məsələlər müzakirə ediləcək. Danışıqlar çərçivəsində 1950-1953-cü illərdə baş verən Koreya müharibəsi zamanı demilitarizasiya zonasında həlak olan əsgərlərin qalıqlarının müştərək axtarışı və dəfn olunması məsələsinə də yer ayrıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.