SİYASƏT


Cənubi Koreya mediası Azərbaycan səfirliyinə terror hücumundan yazır

Seul, 30 yanvar, AZƏRTAC

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu Cənubi Koreyanın kütləvi informasiya vasitələrində işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, media orqanlarının mövzu üzrə məlumatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı şəxsin hücumu nəticəsində mühafizə xidməti rəhbərinin öldürüldüyü, digər iki əməkdaşın isə yaralandığı, bununla əlaqədar, Azərbaycan hökumətinin İrandakı səfirliyi təxliyə etdiyi bildirilir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatlarına istinad edən Cənubi Koreya mediası qeyd edir ki, səfirliyə ola biləcək təhdidlərin qarşısının alınması məqsədilə Azərbaycan tərəfi indiyədək dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət etməsinə baxmayaraq, bu müraciətlərin İran tərəfindən ciddi qarşılanmadığı və nəticə etibarilə Azərbaycan səfirliyinə sözügedən qanlı terror hücumu baş verib.

Məlumatlarda, həmçinin Azərbaycan və İranın qonşu ölkələr olduğu, 2022-ci ilin oktyabrında İranın “güc nümayişi” məqsədilə Azərbaycan ilə sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirdiyi diqqətə çatdırılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.