DÜNYA


Cənubi Koreya müharibə zamanı məcburi əməyə görə Yaponiya ilə danışıqların şərtlərini açıqlayıb

Tokio, 20 iyun, AZƏRTAC

Cənubi Koreya İkinci Dünya müharibəsi zamanı məcburi əməyə cəlb olunanların kompensasiya ödənilməsi barədə tələbinə əməl edəcəyi təqdirdə Yaponiya ilə danışıqlar aparmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, ötən ilin oktyabrında Cənubi Koreyanın Ali Məhkəməsi hazırda “Nippon Steel” adlanan şirkətin və həmçinin “Mitsubishi Heavy Industries” şirkətinin keçmiş və vəfat etmiş işçilərin ailə üzvlərinə kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Ötən ay Yaponiya məsələnin həlli ilə bağlı Cənubi Koreyaya üçüncü ölkənin də daxil olduğu arbitraj orqanı yaratmağı təklif edib. Arbitraj komissiyasına üzvlərin təyini müddəti iyunun 18-də başa çatsa da, Cənubi Koreya bu təklifə cavab verməyib.

Cənub Koreyanın Xarici İşlər Nazirliyi iyunun 18-də məhkəmə iddialarının baxılması başa çatmış şəxslərə kompensasiya ödənilməsi üçün Yaponiya və Koreya şirkətlərinin birgə fond yaratması təklifini irəli sürüb.

Nazirlikdən bildiriblər ki, Yaponiya bu şərti qəbul edəcəyi təqdirdə, Cənubi Koreya tərəfi danışıqlara başlamağa hazırdır.

Yaponiyanın Xarici İşlər naziri Taro Kono isə jurnalistlərə bildirib ki, o, bu təklifin qəbuledilməz olduğunu Cənubi Koreya hökumətinə çatdırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.