DÜNYA


Cənubi Koreya prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edə bilər

Cənubi Koreya prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edə bilər

Bakı, 25 may, AZƏRTAC

Cənubi Koreya Prezidenti Yun Sok Yol bu ilin iyulunda Litvada keçiriləcək NATO sammitində qonaq qismində iştirak edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın TBS telekanalı cümə axşamı Seuldakı hökumət mənbələrinə istinadən bildirib.

Məlumata görə, sammitdən əvvəl və ya sonra Cənubi Koreyanın dövlət başçısı Ukraynaya səfər edərək Prezident Volodimir Zelenski ilə görüşə bilər.

Bu danışıqlarda Kiyevə Cənubi Koreya silahlarının tədarükü məsələsinin müzakirə mövzusu ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək. Prezident Yun Sok Yol artıq keçən il Madriddə keçirilən Şimali Atlantika Alyansı liderlərinin toplantısında iştirak edib.

KİV-in məlumatına görə, sammitdə Yaponiyanın baş naziri Fumio Kişida da iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.