SİYASƏT


Cənubi Koreya qəzeti Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində həlak olmasından yazıb

Pekin, 8 iyun, AZƏRTAC

Cənubi Koreyanın “Naewoeilbo” gündəlik qəzetində AZƏRTAC və AzTV-nin əməkdaşlarının Kəlbəcərdə ermənilərin basdırdığı minanın partlaması nəticəsində həlak olmaları ilə bağlı “Azərbaycan jurnalistlərinin faciəli ölümünün pislənməsi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, qəzetin Koreya və ingilis dillərindəki versiyalarında dərc olunan məqalə Azərbaycanın Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı əsasında hazırlanıb. Qeyd olunub ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Bildirilib ki, Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədyönlü olaraq kütləvi şəkildə minalar basdırması məqsədi Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır. Mülki azərbaycanlıların vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Qeyd olunub ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.