DÜNYA


Cənubi Koreya qırıcıları Rusiyanın hərbi təyyarələrinə 360 xəbərdarlıq atəşi açıb

Bakı, 23 iyul, AZƏRTAC

Cənubi Koreya qırıcıları Rusiyanın hərbi təyyarələrinə 360 xəbərdarlıq atəşi açıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Koreya tərəfi rus

təyyarələrinin guya onun ərazi sularında uçduğunu iddia edib.

Ümumilikdə, Cənubi Koreya qırıcıları rus təyyarələrinə 20 siqnal raketi atıb və 360 xəbərdarlıq atəşi açıb. Həmin məqamda təyyarələr arasında məsafə 1 kilometr olub. İnsident Yapon dənizində - Koreya yarımadasının şərqində yerləşən və Yaponiya ilə bu ölkə arasında mübahisəli sayılan Takesima adası üzərində baş verib.

Rusiya Hərbi Hava Qüvvələrinin komandanlığı bəyan edib ki, rus hərbi təyyarələri Cənubi Koreyanın hava məkanına girməyib və beynəlxalq ərazidə uçuşlar həyata keçirib. Digər tərəfdən, Yaponiya hər iki dövlətə - həm Rusiya, həm də Cənubi Koreyaya xəbərdarlıq edərək Takesima adasının tarixən ona məxsus olduğunu bildirib. Rəsmi Tokio bu ərazi üzərində hər hansı insidentin yolverilməz olduğunu da əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.