İQTİSADİYYAT
Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər
Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, Azərbaycanda səfərdə olan Cənubi Koreyanın torpaq, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Kyungsikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səhmdar cəmiyyətdə görüş keçirilib.
QSC sədri Zaur Hüseynov Bakı Metropoliteni və onun gələcək perspektivləri, görüləcək işlər haqqında qonaqlara geniş məlumat verib.
K.Kyungsik Cənubi Koreya şirkətlərinin metro tikintisindəki təcrübəsi, digər ölkələrdə fəaliyyətləri barədə danışıb.
Görüşdə koreyalı qonaqlar Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində nəzərdə tutulan stansiyaların inşasında iştirak etmək istədiklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]