DÜNYA


Cənubi Koreya və ABŞ birgə təlimləri genişləndirmək barədə razılığa gəlib

Bakı, 30 iyul, AZƏRTAC

Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri Li Con Sop və Lloyd Ostin Vaşinqtonda keçirilən görüşdə birgə hərbi təlimlərin genişləndirilməsi və strateji dialoqun bərpası məsələlərini müzakirə ediblər.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, nazirlər 2022-ci ilin ikinci yarısında birgə hərbi təlimləri Koreya Respublikası Silahlı Qüvvələrinin təlimləri ilə birləşdirmək, həmçinin raketdən müdafiə sistemləri və ABŞ-ın Koreya yarımadasındakı strateji aktivləri də daxil olmaqla, çəkindirmə mövqelərini gücləndirmək barədə razılığa gəliblər.

“İki ölkənin nazirləri Şimali Koreyanın davam edən təxribatları səbəbindən yarımadada təhlükəsizliklə bağlı vəziyyətin son dərəcə ciddi olduğu ilə razılaşıb. Onlar KXDR-in təxribatları qarşısında Cənubi Koreya və ABŞ arasında müttəfiqliyin daha da möhkəmlənəcəyini qeyd ediblər”, - deyə Koreya Respublikası Müdafiə Nazirliyinin görüşün yekunlarına dair press-relizində bildirilir.

Li Con Sop və Lloyd Ostin, həmçinin hər iki ölkənin Şimali Koreyanın nüvə sınaqlarına qarşı sərt tədbirlər görəcəkləri ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bir gün öncə Birləşmiş Ştatların Cənubi Koreyadakı silahlı qüvvələrinin komandanı Pol Lakamera ABŞ-Cənubi Koreya ittifaqının böyük əhəmiyyət kəsb etdiyini və Şimali Koreya da daxil olmaqla, istənilən qlobal problemlərin həlli üçün “strateji dərinliyi” təmin etməli olduğunu vurğulayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.