DÜNYA


Cənubi Koreya və ABŞ ixtisar olunmuş heyətlə müştərək manevrlər keçirir

Bakı, 23 aprel, AZƏRTAC

Koreya Respublikası, ABŞ və Avstraliya Hərbi Hava Qüvvələrinin kombinə olunmuş birgə manevrlərini keçirir.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, iki həftəlik təlimlər aprelin 22-də Koreya Respublikasında start götürüb. Təlimlərdə F-15K, KF-16 və F-16-lar da daxil olmaqla, onlarla təyyarə iştirak edir.

Hazırkı manevrlər ixtisar olunmuş miqyasdadır və mahiyyət etibarilə Hərbi Hava Qüvvələrinin 2009-cu ildən keçirilən “Max Thunder” təlimlərini əvəzləyir. Həmin təlimlərə adətən 100-dən çox təyyarə cəlb edilirdi. Seul və Vaşinqtonun manevrlərin miqyasını ixtisara salmaq barədə qərarı KXDR-in tənqidinə məruz qalan hərbi təlimlərin Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə diplomatik proseslərə maneə olmamasına yönəlib.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ ötən ildən başlayaraq Hərbi Hava Qüvvələrinin “Vigilant ACE” manevrləri də daxil olmaqla, bir sıra miqyaslı birgə təlimləri dayandırıb. Onlardan bəzilərinin adları dəyişdirilib və daha kiçik miqyasda davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.