DÜNYA


Cənubi Koreyada F-4E döyüş təyyarəsi qəzaya uğrayıb

Pekin, 12 avqust, AZƏRTAC

Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus F-4E döyüş təyyarəsi əməliyyat uçuşu zamanı qəzaya uğrayıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə təyyarənin Sarı dəniz üzərində tapşırığı yerinə yetirib Suvon şəhərindəki hərbi bazaya geri qayıdarkən yerli vaxtla günorta saat 12:20-də (Bakı vaxtı ilə 7:20) baş verib. Hər 2 pilot katapult edib.

Hvason şəhərində baş verən qəza nəticəsində mülki infrastruktura və insanlara ziyan dəyməyib. Hadisə ilə bağlı təhqiqat aparılır.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.