DÜNYA


Cənubi Koreyada güclü qar nəqliyyatın hərəkətinə maneələr yaradıb

Bakı, 2 mart, AZƏRTAC

Koreya Respublikasının şərq sahili boyunca uzanan sürət şosesində 700-ə yaxın avtomobil güclü qar səbəbindən hərəkət edə bilmir.

AZƏRTAC Cənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, martın 1-də axşam saatlarında ölkənin Kanvondo əyaləti güclü qarın təsirinə məruz qalıb. Hakimiyyət orqanları qarın təmizlənməsi üçün 100-ə yaxın xüsusi texnika və 160 hərbçinin cəlb olunduğunu bildirib.

Koreya Respublikasının Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə Mərkəzinin məlumatına əsasən, martın 2-si səhər saatlarına qədər Seul-Yanyan trasında 53 yol-nəqliyyat hadisəsi baş verib, 94 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, bir nəfər isə həlak olub.

Sinoptiklərin proqnozuna görə, gün ərzində Kanvondo əyalətinə daha 10 santimetr qalınlığında qar yağacaq. Avtomobil yolunun yeddi hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Hakimiyyət orqanları qatarların hərəkətində də ləngimələrin ola biləcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.