DÜNYA
Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb
Pekin, 12 iyul, AZƏRTAC
Cənubi Koreya ordusuna məxsus “UH-60” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə iyulun 12-də yerli vaxtla saat 10:30 radələrində paytaxt Seuldan 46 kilometr məsafədə yerləşən Poçon şəhərindəki hərbi hissədə baş verib. Helikopter hərbi hissədən pasiyenti təxliyə etmək üçün eniş edərkən qəzaya uğrayıb. Heyət üzvündən 2 nəfərin zədəsi daha ciddi olsa da, onların heç birinin həyatı üçün təhlükə yoxdur. Helikopterə ciddi ziyan dəyib.
Cənubi Koreya silahlı qüvvələrindən bildiriblər ki, qəzadan sonra ordunun sərəncamındakı eyni tip helikopterlərin istifadəsi dayandırılıb və müvafiq araşdırma aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]