DÜNYA
Cənubi Koreyada iki zəncirvari yol qəzasında 7 nəfər ölüb, 32 adam yaralanıb
Pekin, 14 dekabr, AZƏRTAC
Cənubi Koreyada avtomagistralda baş verən iki zəncirvari qəzada azı 7 nəfər ölüb, 32 adam yaralanıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Şimali Qyonqsanq vilayətində yerli vaxtla gecə saat 4:40 radələrində baş verən birinci yol-nəqliyyat hadisəsində 30 avtomobil, o cümlədən yük maşınları toqquşub. Yol polisinin məlumatına əsasən, qəza nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.
Təxminən eyni vaxtda magistral yolun əks istiqamətdəki hərəkət hissəsində baş verən digər hadisədə isə təxminən 20 avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Qəzalardan sonra yanğınsöndürənlər bir neçə avtomobildə baş verən yanğını söndürüblər.
İlkin ehtimala görə, qəzaya yolun buz bağlaması səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]