DÜNYA
Cənubi Koreyada işsizliyin səviyyəsi 4,7 faizə çatıb
Bakı, 13 mart, AZƏRTAC
Asiyanın ən böyük dördüncü iqtisadiyyatına sahib olan Cənubi Koreyada fevralda işsizliyin səviyyəsi 4,7 faizə çatıb. Fevralda işsizlərin sayı 1,3 milyon nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi hökumətin hesabatına istinadla xəbər yayıb. Bu rəqəm, ölkə iqtisadiyyatında inkişafın sürətinin azalmasını göstərir. Ötən ay 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,5 faiz olub.
Cənubi Koreyanın iqtisadiyyat və maliyyə naziri Honq Nam-ki bildirib ki, fevralda 263 min yeni iş yeri açılıb. Son 13 ayda ilk dəfədir ki, yeni iş yerlərinin sayı 200 mini keçir. Buna baxmayaraq, ötən ay ölkənin istehsal sahəsində 151 min, pərakəndə və topdan satış sektorunda isə 60 min iş yeri azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]