DÜNYA


Cənubi Koreyada istiyə görə təhlükə xəbərdarlığı elan olunub

Bakı, 2 iyul, AZƏRTAC

Şənbə günü Cənubi Koreyada isti hava şəraiti ilə əlaqədar meteoroloji təhlükə xəbərdarlığı elan edilib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, belə bir xəbərdarlıq ölkə ərazisinin 40 faizində temperatur 33 dərəcə və bundan yuxarı olduqda daxili işlər və təhlükəsizlik nazirliyi tərəfindən elan olunur. Xəbərdarlığın qüvvədə olduğu müddətdə nazirlik iş vaxtının xeyli hissəsini açıq havada keçirən fəhlələri, xüsusən inşaatçıları, eləcə də fermerləri və tənha yaşlı insanları dəstəkləyən tədbirlər görür.

Agentlik qeyd edir ki, bu il istilər Cənubi Koreyanı ötən ilkinə nisbətən 18 gün əvvəl bürüyüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.