DÜNYA


Cənubi Koreyada karantin rejimi yumşaldılır

Pekin, 13 fevral, AZƏRTAC

Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi fevralın 15-dən etibarən yumşaldılacaq.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölkədə istifadə olunan 5 pilləli sosial məsafə qaydaları tətbiq edilir. Cənubi Koreyanın təbii fəlakətlərə və təhlükəsizliyə qarşı mübarizə üzrə mərkəzi qərargahı sosial məsafə tədbirlərinin paytaxt Seulda və ətrafında 2-ci səviyyəyə, ölkənin digər bölgələrində isə 1.5-ci səviyyəyə endiriləcəyini açıqlayıb. Seulda restoranların, kafelərin, qapalı idman qurğularının iş saatları sutka üzrə 1 saat artırılacaq. Ölkənin digər yaşayış məntəqələrində isə həmin kateqoriyadan olan obyektlərin gündəlik fəaliyyətinə qoyulan vaxt məhdudiyyəti tam aradan qaldırılacaq. Bütün ölkə üzrə kinoteatrların, internet kafelərinin, gözəllik salonlarının da fəaliyyətinə icazə veriləcək.

Karantin rejiminin yumşaldılmasına baxmayaraq 5 nəfərdən çox şəxsin iştirakı ilə toplaşmalara olan qadağa qüvvədə qalacaq.

Qeyd edək ki, ötən sutka ərzində Cənubi Koreyada COVID-19 virusuna 362 yoluxma aşkarlanıb. Ölkədə indiyədək 83 min 199 yoluxma, bu virus səbəbindən 1514 ölüm qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.