DÜNYA


Cənubi Koreyada kimyəvi məhsullar zavodunda partlayışda ölən və yaralananlar var

Bakı, 13 may, AZƏRTAC

Cənubi Koreyada kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda bir nəfər ölüb, üç nəfər ağır yaralanıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla 14:30 radələrində paytaxt Seuldan 168 kilometr cənub-şərqdə yerləşən Ceçon şəhərində baş verib. Partlayışdan sonra istehsal sahəsində yanğın meydana gəlib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa zamanda nəzarət altına alınıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.