DÜNYA


Cənubi Koreyada quş qripinə görə 19 milyona yaxın toyuq məhv edilib

Pekin, 18 yanvar, AZƏRTAC

Cənubi Koreyada yüksək patogenik quş qripinin (H5N8) yayılmasının qarşısını almaq üçün quşçuluq təsərrüfatlarında ümumilikdə 18,8 milyon toyuq məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Kənd Təsərrüfatı, Ərzaq və Kənd Məsələləri Nazirliyi məlumat yayıb. Bildirilir ki, ötən ilin noyabrından bəri ev quşlarının H5N8 virusuna yoluxması üzrə 66 hal qeydə alınıb. Sonuncu yoluxma yanvarın 17-də Kimce şəhərindəki fermada aşkarlanıb. Səlahiyyətli qurumlar həmin fermanın 3 kilometr radiusunda yerləşən bütün ev quşlarının məhv edilməsinə qərar verib. Bundan başqa, vəhşi quşlar arasında da 74 yoluxma aşkarlanıb.

Bu qədər ev quşunun məhv edilməsi bazara təsirsiz ötüşməyib. Belə ki, toyuq ətinin qiyməti 10 faiz, yumurtanın qiyməti isə 26 faiz artıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.