DÜNYA


Cənubi Koreyada ticarət mərkəzindəki yanğında 4 nəfər ölüb

Pekin, 26 sentyabr, AZƏRTAC

Cənubi Koreyanın Decon şəhərindəki ticarət mərkəzində baş vermiş yanğında ən azı 4 nəfər ölüb, 2 nəfər itkin düşüb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yanğının “Hyundai Premium” ticarət mərkəzinin zirzəmi qatında yerli vaxtla səhər saat 7:45-də karton qutuların yığıldığı anbarda başladığı, yaranan tüstünün sürətlə binaya yayıldığı güman olunur. Hadisə yerinə gələn yanğınsöndürənlər ağır xəsarət almış 2 nəfəri aşkarlayıb xəstəxanaya göndərsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Yanğın iş vaxtından əvvəl baş verdiyi üçün binada müştəri olmayıb. Ətrafdakı binalardan isə təxminən 110 nəfər təxliyə edilib.

Axtarış işlərinin gedişində daha 2 nəfərin meyiti tapılıb. Hazırda itkin düşmüş hesab olunanların axtarışları davam edir. Yanğının söndürülməsinə və xilasetmə işlərinə 130-a yaxın canlı qüvvə, xeyli texnika cəlb olunub. Binaya dolmuş qatı tüstü axtarış işlərinə mane olur.

Səlahiyyətli qurumlar yanğının səbəblərini araşdırır. Ehtimal olunan variantlar arasında elektrik qısaqapanması və enerjidoldurma yerindəki elektrik mühərrikli avtomobilin batareyasının partlayışı da var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.