ELM VƏ TƏHSİL


Cənubi Koreyada unikal kompüter klaviaturası yaradılıb

Bakı, 25 iyul, AZƏRTAC

Cənubi Koreya mühəndisləri kağız vərəqi kimi əzilən elastik kompüter klaviaturası hazırlayıblar.

AZƏRTAC “planet-today.ru" saytına istinadən xəbər verir ki, qeyri-adi elastikliyə malik innovativ qurğunun daha bir fərqli cəhəti onun süni intellektlə təchiz olunmasındadır. Klaviatura əsasını kompüter təlimi alqoritmlərinin təşkil etdiyi analoqu olmayan texnologiya ilə yaradılıb.

"Biz adi rezin klaviaturalarda tətbiq edilən sensorlardan istifadə etməmək və onların əvəzinə süni intellektin gücündən yararlanmaq qərarına gəldik", - deyə Seçjon Universitetinin professoru Son Ki Son bildirib.

Professorun sözlərinə görə, silikon kauçukdan hazırlanan klaviaturanın daxilində nanoborucuqlar massivindən yaradılan neyron şəbəkəsi quraşdırılıb. Neyroşəbəkə tərəfindən istifadəçinin rezin üzərində çəkilən ayrı-ayrı kvadratşəkilli klavişlərin sıxılması müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.