DÜNYA
Cənubi Koreyada yaşlı kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırıb
Bakı, 19 iyul, AZƏRTAC
Cənubi Koreyada yaşlı kişi Yaponiyanın Seuldakı səfirliyinin qarşısında idarə etdiyi avtomobilin içərisində özünü yandıraraq intihar edib.
AZƏRTAC "Yonhap" agentliyinə istinadla xəbər verir ki, 70-dən yuxarı yaşı olan naməlum kişi yerli vaxtla gecə 3:30 radələrində avtomobilini səfirliyin giriş qapısının qarşısında saxladıqdan dərhal sonra tezalışan maddələrdən, o cümlədən butan qazından istifadə etməklə avtomobilin içərisini yandırıb. Güclü yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın motivlərini araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]