DÜNYA


Cənubi Koreyada yüksək patogen quş qripi aşkarlanıb

Pekin, 20 noyabr, AZƏRTAC

Cənubi Koreyada cari mövsümdə 6-cı dəfə yüksək patogen quş qripinə (H5N1) yoluxma aşkarlanıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, virus paytaxt Seuldan 400 kilometr cənubda yerləşən Kancin rayonundakı fermadakı ördəklərdən götürülmüş nümunədə aşkar edilib. Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi fermadakı 24 min ördəyin məhv edilməsinə qərar verib. Bundan başqa, ferma karantinə alınıb, müvafiq dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, quş qripinin (avian influenza) alttipi H5N1 virusu müxtəlif quşlar və heyvanlarda yüksək dərəcədə öldürücülük qabiliyyətinə malik xəstəlik törədir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi yerlərdəki bütün quşlar tələf edilməlidir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.