DÜNYA


Cənubi Koreyadakı tarixi Necanq məbədində yanğın baş verib

Pekin, 5 mart, AZƏRTAC

Cənubi Koreyadakı ən qədim buddist məbədlərindən olan Necanqın əsas binasında yanğın baş verib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Necanq milli parkında yerləşən məbəddəki yanğın barədə məlumat Çonqeup şəhərinin yanğından mühafizə bölməsinə yerli vaxtla 18:30-da daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gələndə məbədin taxta materiallardan inşa edilmiş əsas binasının böyük hissəsi yanaraq yararsız hala düşüb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, insan tələfatı yoxdur.

Polis yanğının törədilməsində şübhəli bilinən şəxsi - məbədin 53 yaşlı rahibini saxlayıb. Hazırda təhqiqat aparılır.

Qeyd edək ki, 636-cı ildə inşa edildiyi güman olunan məbəd müxtəlif dövrlərdə irili-xırdalı dağıntılara məruz qalıb. Məbəd Koreya müharibəsi dövründə 1951-ci ildə yansa da, 7 il sonra bərpa olunub. Martın 5-də yanan binada 2012-ci ilin oktyabrında da güclü yanğının baş verməsi nəticəsində içəridəki bütün heykəllər və rəsmlər yanmışdı. Həmin bina 2015-ci ildə bərpa edilmişdi.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.