DÜNYA


Cənubi Koreyanın hakim partiyası parlamenti paytaxtdan çıxarır

Pekin, 15 noyabr, AZƏRTAC

Cənubi Koreyanın hakim Demokrat Partiyası Milli Assambleyanın 18 komitəsindən 11-nin Seconq şəhərinə köçürülməsini planlaşdırıb.

AZƏRTAC “The Korea Herald” qəzetinə istinadla xəbər verir ki, bu, parlamentin Seuldan 120 kilometr məsafədə yerləşən Seconq şəhərinə köçürülməsi planı çərçivəsində reallaşacaq. Hakim partiya Seconqu ölkənin inzibati paytaxtı etməklə bağlı baş plan hazırlayıb. Plan detallı formada yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaq. Güman olunur ki, parlamentin Seconqa köçürülməsi 1,3 milyard ABŞ dollarına başa gələcək. Artıq Seconqda bəzi nazirliklər və altqurumlar yerləşib.

“Seulu uzaq perspektivdə Şərqi Asiyanın iqtisadi və maliyyə mərkəzinə çevirmək istəyirik”, - deyə Demokrat Partiyasının sədri Li Nak-yon deyib.

Qeyd edək ki, hələ 2004-cü ildə o vaxtkı prezident Ro Mu Hyun administrasiyası da dövlət idarələrini Seconqa köçürməklə bağlı plan hazırlamışdı. Amma Konstitusiya Məhkəməsi bu planı dayandırmışdı.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.